BAYTARLIQ
ELMİ TƏDQİQAT
İNSTİTUTUNUN
Hərgün saat 8-dən 20-dək
Bakı ş., Böyük Şor qəs.,
8-ci Köndələn küç.
055 286-75-06

B.E.T.I. Baytarlıq klinikası

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində yaradılan bu tibbi müəssisə nəinki Bakının, eləcə də Cənubi Qafqazın ilk böyük və müasir klinikasıdır. Klinikanın qapısından içəri daxil olduğun andan artıq sadiq dostunun əmin əllərdə olacağı qənaətinə gəlirsən.

1000 kvadratmetr sahəni əhatə edən klinikada özəl baytar, feldşer, laborantlardan ibarət 20-yə yaxın əməkdaş çalışır. Klinikada qəbul, karantin, stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriyası, eləcə də ilkin baytarlıq yardımı avtomobili vasitəsilə xidmətlər göstərilir